Navaxo Stirlinq İrji Proxazka ilə qarşıdakı döyüşü barədə açıqlama verib.
1Sport.az xəbər verir ki, “MMAJunkie” nəşrinin danışan UFC-nin 93 kq çəki dərəcəsində çıxış edən yeni zelandiyalı döyüşçü qarşılaşmanı səbirsizliklə gözlədiyini bildirib:
“Həyacanlıyam. Onunla döyüşəcəyim günü səbirsizliklə gözləyirəm. Onu məğlub etmək üçün böyük həvəsim var. Mən çox intizamlı döyüşçüyəm və ən gərgin anlarda belə soyuqqanlılığımı qoruyuram. Döyüş zamanı emosiyalarımı büruzə vermirəm. Döyüşmək üçün buradayam”.
Qeyd edək ki, Navaxo Stirlinq peşəkar karyerasında hələ məğlubiyyətlə üzləşməyib.