Digər - 1Sport.az

"Ordu" növbəti mərhələ arzusunda
Kişi voleybolçulardan ibarət “Ordu” komandası bu gün CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin cavab oyununda meydançaya çıxacaq.

1Sport.az xəbər verir ki, təmsilçimiz Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Norveçin “Forde VBK” klubunu sınağa çəkəcək.

Saat 19:00-da başlayacaq qarşılaşma Bakıda oynanılacaq.

Xatırladaq ki, rəqib meydanında keçirilən ilk görüşdə “Ordu” 3:0 (25:11, 25:17, 25:19) hesablı inamlı qələbə qazanıb.

“Xilasedici” bu gün Çempionlar Liqasında Sloveniya klubunu qəbul edəcək
Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası bu gün CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində ilk matçına çıxacaq.

​1Sport.az xəbər verir ki, təmsilçimiz doğma azarkeşlər önündə Sloveniyanın “ACH Volley Lyublyana” kollektivini sınağa çəkəcək.

​Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq qarşılaşma saat 18:00-da start götürəcək.

​Tərəflər arasındakı cavab görüşü noyabrın 26-da Sloveniya paytaxtında təşkil olunacaq.

​Xatırladaq ki, “Xilasedici” ötən mərhələdə Portuqaliyanın “Sportinq” komandasını üstələyərək bu raunda vəsiqə qazanıb.

Nazir məşhur kanalın rəsmiləri ilə görüşdü
Gənclər və İdman naziri Fərid Qayıbov “Eurosport”un nümayəndə heyətini qəbul edib.

1Sport.az xəbər verir ki, görüşdə qurumun Beynəlxalq tərəfdaşlıq üzrə baş direktoru Marizi Basten və Beynəlxalq brend tərəfdaşlıqları üzrə meneceri Artur Mayyard iştirak ediblər.

Tərəflər idman yarışlarının beynəlxalq miqyasda tanıdılması, media sahəsində əməkdaşlıq və gələcək tərəfdaşlıq imkanlarını müzakirə ediblər.

Söhbətə Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov və Azərbaycan Su İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev də qatılıblar.

“Turan” “Naxçıvan”a qalib gəldi
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında üçüncü tura start verilib.

1Sport.az xəbər verir ki, turun açılış oyununda “Turan” doğma meydanda “Naxçıvan”ı qəbul edib.

Tovuz Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Turan” ilk setdə 25:14, ikinci setdə 25:18, üçüncü setdə isə 25:20 hesabı ilə üstün olub.

Beləliklə, Tovuz təmsilçisi mövsümdə doğma meydanda ilk qələbəsini qazanıb və məğlubiyyətsiz seriyasını davam etdirib.

Üçüncü turun növbəti qarşılaşması noyabrın 19-da keçiriləcək. Həmin gün saat 16:00-da UNEC öz idman zalında “Azərmaş Abşeron”u qəbul edəcək.

Noyabrın 20-də saat 16:00-da “AZERRAIL” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “DH Volley” ilə üz-üzə gələcək.

Tura noyabrın 21-də yekun vurulacaq. Son qarşılaşmada “Murov Az Terminal” doğma meydanda “Gəncə”ni qəbul edəcək. Görüş saat 14:00-da başlayacaq.

Azərbaycanlı beynəlxalq görüşdə supervayzer olacaq
Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb.

1Sport.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Avropa Voleybol Konfederasiyası tərəfindən kişi voleybolçuların Çelenc Kubokunun 1/32 final matçına supervayzer göndərilib.

Həmyerlimiz noyabrın 18-də Yunanıstanın "OFİ Crete" və Almaniyanın "Helios Grizzlys Gıesen" kollektivlərinin görüşündə iş başında olacaq.

Oyunu türkiyəli Meryem Tekol Pelenklə serbiyalı Aleksandra Balanziç idarə edəcəklər.

“Turan” səfərdə “Murov Az Terminal”ı darmadağın etdi
Qadın voleybolçuların Azərbaycan Super Liqasında növbəti matç baş tutub.

1Sport.az xəbər verir ki, bu gün “Murov Az Terminal” və “Turan” komandaları üz-üzə gəliblər. Gərgin mübarizə şəraitində keçən görüş qonaq kollektivin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

16 noyabr

Super Liqa, IX tur

“Murov Az Terminal” – “Turan” 0:3 (15:25, 13:25, 33:35)

Qeyd edək ki, qadın voleybolçuların Super Liqasında növbəti oyun noyabrın 18-də keçiriləcək. Tovuz OİK-də baş tutacaq görüşdə “Turan” və “Naxçıvan” komandaları qarşılaşacaqlar. Matç saat 19:00-da başlayacaq.

Yüksək Liqaya yeni komanda gəlir
“AtiDel” klubu yeni mövsümdən etibarən futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında çıxış edəcək.

1Sport.az xəbər verir ki, 2021-ci ildə yaradılan klubun U-19 komandası da Gənclər Liqasında mübarizə aparacaq.

Klubun rəhbəri “Şəfa”nın sabiq prezidenti Sərdar Salmanzadədir. O, iki il əvvəl komandanın futbol layihəsini irəli sürüb və AFFA Region Liqasında çıxış edən kollektivdə kapitan olub.

"Naxçıvan" səfərdə "Gəncə"yə qalib gəlib
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II turun növbəti oyunu keçirilib.

​1Sport.az xəbər verir ki, Gəncə İdman Sarayında eyniadlı yerli komanda "Naxçıvan"ı qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

​Qeyd edək ki, Super Liqada növbəti matç noyabrın 16-da baş tutacaq.

Azərbaycan Olimpiya Oyunlarını 13-cü sırada tamamladı
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarına yekun vurulub.

1Sport.az xəbər verir ki, Diamniadiodakı Atletlər Kəndində yerləşən “Village Plaza”da Oyunların bağlanış mərasimi təşkil olunub. Tədbir açılış mərasimindən ən yaddaqalan anları əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Daha sonra iştirakçı ölkələrin paradı olub. Olimpiya ənənəsinə uyğun olaraq, paradın önündə Yunanıstan komandası yer alıb. Ardından digər ölkələrin idmançıları ilə birlikdə Azərbaycan təmsilçiləri də paraddan keçiblər. Gender bərabərliyi prinsipinə əsasən, üçrəngli bayrağımızı Oyunların gümüş mükafatçıları – boksçu Gülər Hüseynova (51 kq) və taekvondoçu Adil Kazımlı (-73 kq) daşıyıblar.

Mərasimdə Dakar-2026 Təşkilat Komitəsinin prezidenti Mamadou Diaqna Ndiaye və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kirsti Koventri çıxış edərək yarışların Afrika qitəsində ilk dəfə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayıb, könüllülərə və təşkilatçılara minnətdarlıqlarını bildiriblər. Çıxışlardan sonra BOK-un rəsmi himni səsləndirilib və Olimpiya bayrağı endirilib.

Xatırladaq ki, Dakar-2026-da 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunan Azərbaycan komandası ölkəmizə 3 qızıl və 3 gümüş medalla qayıdıb. Qızıl medalları cüdoçu İbrahim Talıbov (-55 kq), həmçinin çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazanıblar. Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq), taekvondoçumuz Adil Kazımlı (-73 kq) və boksçumuz Gülər Hüseynova (51 kq) isə Oyunları gümüş medalla başa vurublar.

Bu nəticə ilə Azərbaycan yığması ümumi medal sıralamasında 13-cü yeri tutub. Siyahıya 18 qızıl, 8 gümüş və 7 bürünc medalla Çin Xalq Respublikası başçılıq edib. Yaponiya komandası (11 qızıl, 8 gümüş, 9 bürünc) ikinci, Rusiya yığması isə (8 qızıl, 4 gümüş, 2 bürünc) üçüncü olub.

Praqada PFL təmsilçilərinin iştirakı ilə illik konfrans keçirilib
Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyi Çexiyada keçirilən benəlxalq tədbirə qatılıb.

​1Sport.az xəbər verir ki, noyabrın 11-dən 13-dək Praqada Dünya Liqaları Assosiasiyasının illik konfransı baş tutub. Qurumun yaranmasının 10 illik yubileyinə təsadüf edən 3 günlük tədbirdə dünyanın müxtəlif qitələrindən 50-dən çox liqa təmsilçisi iştirak edib.

​Azərbaycanı bu mötəbər toplantıda PFL-in prezidenti Elxan Səmədov və texniki-idman direktoru Elgiz Abbasov təmsil ediblər. Qurum tədbirdə tam hüquqlu üzv qismində iştirak edərək futbolla bağlı vacib müzakirələrə qatılıb.

​Konfrans çərçivəsində İtaliya A Seriyasının icraçı direktoru Luici de Siervo növbəti 4 il üçün Dünya Liqaları Assosiasiyasının prezidenti seçilib. PFL rəsmiləri isə digər ölkələrin liqa nümayəndələri ilə ikitərəfli görüşlər keçirərək gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

​Sonda Peşəkar Futbol Liqası adından Dünya Liqaları Assosiasiyasının baş katibi Jerom Perlemuterə xatirə hədiyyəsi təqdim olunub.