Basketbol - 1Sport.az

“Bruklin"in basketbolçusundan növbəti rekord
“Bruklin”in basketbolçusu Yeqor Dyomin NBA-də mövsümün rekordunu təkrarlayıb.

1Sport.az xəbər verir ki, rusiyalı müdafiəçi “Çikaqo Bulls”la qarşılaşmada 22 xal toplayıb. Bununla da o, cari mövsümdə üçüncü dəfə bu göstəriciyə nail olub.

Qeyd edək ki, 20 yaşlı oyunçunun NBA-də karyera rekordu 26 xaldır.

"Bruklin"in baş məşqçisindən səmimi etiraf
“Bruklin"in baş məşqçisi Jordi Fernandes “Çikaqo Bulls”la oyundan sonra komandasının çıxışını tənqid edib.

1Sport.az xəbər verir ki, mütəxəssis oyunçularının performansından narazı qaldığını bildirib:

“Biz komanda kimi çıxış edə bilmədik. Bir-birimiz üçün oynamadıq. Eqoizm gördüm. Bəzi oyunçular günahı bir-birinin üzərinə atırdı və hamı sona qədər mübarizə aparmırdı. Rəqib bizdən daha yaxşı idi”.

Qeyd edək ki, ispaniyalı mütəxəssis 2024-cü ildən “Bruklin”ə rəhbərlik edir.

Stefanoviç: “Burada xoşbəxt olmayan gedə bilər”
“İqokea”nın baş məşqçisi Nenad Stefanoviç Neyt Pyer-Lyunun “Zenit”ə transferi ilə bağlı açıqlama verib.

1Sport.az xəbər verir ki, mütəxəssis amerikalı basketbolçunun komandadan ayrılmaq istəyinə anlayışla yanaşdıqlarını bildirib:

“Klubumuzda sadə bir qayda var. Burada xoşbəxt olmayan gedə bilər. Neytə yaxşı təklif gəldi və ayrılmaq istədiyi üçün qərarı ilə razılaşdıq. Onu Avstriyadan ucuz transfer etmişdik. Bir il ərzində yüksək səviyyəyə çatması bizim üçün böyük uğurdur”

Qeyd edək ki, 27 yaşlı müdafiəçi cari mövsümdə Adriatik Liqasında 5 oyuna çıxıb. O, bu matçlarda orta hesabla 10,6 xal toplayıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

"Oyunçularımız sanki bura istirahətə gəldiklərini düşünürdülər"
​“Neftçi” basketbol komandasının baş məşqçisi Konstantinos Vasiliadis FIBA Avropa Kubokunda “VEF Riga”ya qarşı keçirilən matçla bağlı fikirlərini bölüşüb.

​1Sport.az xəbər verir ki, yunanıstanlı mütəxəssis yetirmələrinin oyunundan narazı qaldığını bildirib:

​“Bu oyun bizim üçün böyük dərs oldu. Oyunçularımız sanki bura istirahətə gəldiklərini düşünürdülər. Görüşə enerjisiz, mübarizə aparmaq istəyi olmadan başladılar. Riqa komandası isə müdafiədə çox sərt oyun sərgilədi. Onlar topa güclü təzyiq göstərdilər və bizə heç bir boş imkan vermədilər. Topu düzgün hərəkət etdirə bilmədiyimiz üçün atışlar etməkdə çətinlik çəkdik. Çoxlu səhvlərə yol verdik və bütün bunlar diqqət, konsentrasiya çatışmazlığından irəli gəlirdi.

​Əgər FIBA Avropa Kuboku kimi yüksək səviyyəli yarışlarda çıxış etmək istəyirsənsə, hər gün, hər an, hər dəqiqə 100 faiz hazır olmalısan. Oynamaq, mübarizə aparmaq və hər epizodda qalib gəlmək istəyin yoxdursa, yüksək standartlara malik belə komandalarla rəqabət aparmaq mümkün deyil. Bu baxımdan qarşılaşma bizim üçün çox böyük dərs oldu.

​Əlbəttə, bu oyun həm də gənc, yerli basketbolçularımıza belə yüksək səviyyəli komandaya qarşı oynamaq imkanı yaratdı. Düşünürəm ki, onlar legionerlərimizdən daha yaxşı çıxış etdilər. Topu hərəkət etdirməyə, müdafiədə rəqibə təzyiq göstərməyə çalışdılar. Onların çıxışından çox razıyam. Amma artıq sabahdan etibarən bizim üçün çox vacib olan növbəti matça hazırlaşmağa başlayacağıq. Müsbət məqam odur ki, bütün oyunçularımızın vəziyyəti yaxşıdır. Bazar günü “Naxçıvan” komandasına qarşı keçirəcəyimiz oyuna ciddi şəkildə hazırlaşacağıq”.

"Qarşımızda Avropa Kubokunda təcrübəsi olan rəqib vardı"
“Gəncə”nin baş məşqçisi Murad Dikmen “Kolossos”a qarşı keçirilən oyundan sonra fikirlərini bölüşüb.

1Sport.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında basketbolçularının mübarizəsindən razı qaldığını bildirib:

“Meydanda sona qədər ürəklərini qoyan və ehtiyatda oturub hər an mübarizəyə qoşulmağa hazır olan basketbolçularıma təşəkkür edirəm. Oynayıb-oynamamasından asılı olmayaraq bir komanda olaraq çox yaxşı çıxış etdik, oyundan qopmadıq. Son saniyəyə qədər mübarizə apardıq. Avropa matçları daha fərqli səviyyədə keçir. Yeni transferimiz, oyun qurucumuz Donovan Donaldsonun da sıralarımıza qatılması gücümüzü artırdı.

Oyun planında həm hücum, həm də müdafiədə üzərimizə düşəni etdik. Məqsədimiz rəqibin ən çox xal yığan 5 nömrəli basketbolçusuna daha çox oynamaq imkanı yaratmaq idi. Çünki top onda olanda onlar kollektiv mübarizə apara bilmir, komanda yoldaşları oyundan qopurdular. Bu planın üzərində çalışdıq. Təəssüf ki, 21 nömrəli yerli basketbolçuları 6 dəfə dəqiq “3-lük” atıb oyun planımızı pozdu. Buna baxmayaraq öz addımlarımız bizi matçın içində saxladı, hətta bir dönəm görüşə nəzarət də bizdə oldu.

Amma yorğunluq və rotasiya edə bilməməyimiz oyunun son 2-3 dəqiqəsində özünü hiss etdirdi. Bununla belə mübarizədən qopmadıq, 7-8 xal geri düşsək də, hesabda rəqibə yaxınlaşdıq. Qarşımızda Avropa Kubokunda təcrübəsi olan rəqib vardı. Gün keçdikcə bizim də müəyyən təcrübəmiz yaranır, düzgün oynamağa çalışan komanda oluruq. Basketbolçularımız bir-birlərinə alışırlar. Eyni oyunu indi daxili çempionatda da sərgiləməliyik. Köməkçilərimə, komanda heyətinə təşəkkür edirəm. Ümid edirəm ki, Gəncədə oynayacağımız ev oyununda qalib gəlib azarkeşlərimizi, klub rəhbərliyini və bizi dəstəkləyən hamını sevindirəcəyik”.

“Neftçi” 41 xallıq fərqlə məğlub oldu
“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti sınağını keçirib.

1Sport.az xəbər verir ki, təmsilçimiz H qrupunun yeddinci turu çərçivəsində Latviyada “Riqa” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin böyük üstünlüyü ilə başa çatıb - 96:55. “VEF Riga” bütün periodlarda üstün olub - 27:12, 27:12, 23:17 və 19:14.

Qeyd edək ki, əvvəlki altı matçda bir qələbə qazanan və beş dəfə məğlub olan “Neftçi” 7 xalla qrupun sonuncu pilləsində qərarlaşıb.

“Beşiktaş” “Real Madrid”ə qalib gəldi
“Beşiktaş” Avroliqanın 12-ci turunda “Real Madrid” ilə üz-üzə gəlib.

1Sports.az xəbər verir ki, qarşılaşma “Qara Qartal”ın qələbəsi ilə başa çatıb (83:79).

Bu “ağ-qaralar”ın turnirdə 6-cı qalibiyyəti olub.

“Gəncə” Yunanıstandan məğlubiyyətlə döndü
“Gəncə” basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.

1Sport.az xəbər verir ki, Murat Dikmenin rəhbərlik etdiyi kollektiv yeddinci tur çərçivəsində səfərdə Yunanıstanın “Kolossos” klubu ilə qarşılaşıb.

Falirakidəki “Kalliteya” zalında keçiriləcək C qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Qarşılaşma təmsilçimizin 79:78 məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, “Gəncə” əvvəlki altı görüşdə yalnız bir qələbə qazanıb. Altı xala malik Azərbaycan təmsilçisi qrupda sonuncu - altıncı pillədə qərarlaşıb. Komanda Bolqarıstanın “Rilski Sportist” klubu ilə səfər oyununa getmədiyi üçün 0:20 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

“LANDAU Lions” Slovakiya təmsilçisi ilə bacarmadı
“LANDAU Lions” basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.

1Sport.az xəbər verir ki, Erhan Tokerin rəhbərlik etdiyi kollektiv yeddinci turda Slovakiyanın “Prievidza” klubu ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında təşkil olunan G qrupunun qarşılaşması saat 19:00-da başlayıb. Matç təmsilçimizin 97:93 məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, “LANDAU Lions” əvvəlki altı oyunda yalnız bir qələbə qazanıb. Azərbaycan təmsilçisi yeddi xalla qrupda sonuncu - altıncı pillədə qərarlaşıb.

Tanınmış baş məşqçi bu kluba keçdi
Tanınmış mütəxəssisin yeni klubu bəlli olub.

1Sport.az xəbər verir ki, Anar Sarıiyev “Texniki Universitet” klubunu çalışdıracaq.

Komanda hazırda Azərbaycan 2-ci Basketbol Liqasında çıxış edir.