DataLife Engine / Stiven E. Smit irqçilik ittihamlarına cavab verib

Stiven E. Smit irqçilik ittihamlarına cavab verib

Amerikalı idman şərhçisi Stiven E. Smit ünvanına səsləndirilən irqçilik tənqidlərinə münasibət bildirib.

1Sport.az xəbər verir ki, jurnalist Kley Trevisin idmançıları irqi mənsubiyyətinə görə dəstəkləməyi irqçilik adlandırmasına Smit öz verilişində belə cavab verib:

"Deməli, mən irqçiyəm. Onda qaradərili amerikalıların əksəriyyəti də irqçi sayılır. Öz qardaş və bacılarımı dəstəklədiyim üçün üzr istəməyəcəyəm".

Qeyd edək ki, Smit daha əvvəl qaradərili NBA basketbolçularını “Los-Anceles Leykers”in Luka Donçiç, Ostin Rivz və Uoker Kessler kimi üç ağdərili oyunçunun liderliyi ilə çempion olmasına imkan verməməyə çağırmışdı. Onun bu sözləri ABŞ-da ciddi rezonans doğurmuşdu.

Bu gün, 15:47
Geri dön