DataLife Engine / "Beşiktaş Fuzul" "Partizan"a əlavə vaxtda məğlub oldu

"Beşiktaş Fuzul" "Partizan"a əlavə vaxtda məğlub oldu

Basketbol üzrə Avroliqada XIII turun oyunları keçirilir.

1Sport.az xəbər verir ki, Türkiyə təmsilçisi "Beşiktaş Fuzul" səfərdə Serbiyanın "Partizan" klubunun qonağı olub. Aleksandar Nikoliç adına zalda baş tutan gərgin görüş meydan sahiblərinin 91:87 hesablı qələbəsi ilə yekunlaşıb.

Matça yaxşı başlayan "ağ-qaralar" ilk periodu 22:20 öndə bitirsələr də, fasiləyə 41:41 hesablı bərabərliklə yollanıblar.

 Üçüncü hissəni 63:59 geridə tamamlayan İstanbul klubu son periyodda hesabı bərabərləşdirərək (77:77) oyunu əlavə vaxta daşıyıb. Lakin overtaymda daha dəqiq oynayan Belqrad təmsilçisi qələbəni bayram edib.

Bu gün, 09:39
Geri dön