NBA təmsilçisi "Memfis Qrizlis"in üzvü Cekson sıradan çıxıb.
1Sport.az xəbər verir ki, basketbolçu "Bruklin Nets"ə 129:110 hesabı ilə qalib gəldikləri matçın ilk periodunda zədələnib. Müayinələr zamanı onun sol ayaq sümüyündə sınıq aşkarlanıb.
Qeyd edək ki, əməliyyat olunacaq oyunçunun nə vaxt qayıdacağı reabilitasiya prosesindən sonra dəqiqləşəcək.