NBA “Denver Naggets” – “Boston Seltiks” matçının son dəqiqələrində hakimlərin iki səhvə yol verdiyini təsdiqləyib.
1Sport.az xəbər verir ki, yoxlama zamanı referilərin qayda pozuntularını qeydə almadığı müəyyənləşib.
İlk epizodda “Denver”in basketbolçusu Nikola Yokiç rəqibi fəal şəkildə müdafiə etmədən üç saniyəlik zonada icazə veriləndən artıq qalıb. Qarşılaşmanın sonlarına yaxın isə “Boston”un oyunçusu Ceyson Teytum da eyni qayda pozuntusuna yol verib. Lakin hakimlər hər iki halda oyunu dayandırmayıblar.
Qeyd edək ki, NBA Yokiçin Camal Mürreyin dəqiq atışı ilə nəticələnən maneəsini qaydalara uyğun hesab edib. Teytuma həmin epizoddan sonra topu hakimin istiqamətinə sərt atdığı üçün verilən texniki foul qərarı da düzgün sayılıb.